525.Az

İranda rəqs edən cütlüyə 10 il həbs verilib


 

İranda rəqs edən cütlüyə 10 il həbs verilib<b style="color:red"></b>

İran məhkəməsi Tehranın əsas görməli yerlərindən birinin qarşısında rəqs edən gənc cütlüyün hər birinə 10 ildən çox həbs cəzası verib. 

525.az xəbər verir ki, 20 yaşlarında olan Astiyaz Haqihi və onun nişanlısı Əmir Məhəmməd Əhmədi noyabrın əvvəllərində Azadi Qülləsinin qarşısında romantik rəqs edərkən çəkilən videonun internetdə yayılmasından sonra həbs edilib. Haqihi İran qaydalarına zidd olaraq hicab taxmayıb. 

Qadınların kişi ilə ictimai yerlərdə rəqs etməsi də qadağandır. 

ABŞ-də yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) Tehran İnqilab Məhkəməsinin müttəhimlərə 10 il 6 ay həbs cəzası verdiyini, internetdən istifadə və İranı tərk etməyə qadağa qoyduğunu bildirib. Tehranda artıq məşhur olan cütlük "korrupsiya və ictimai əxlaqsızlığı təbliğ etmək", həmçinin "milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq"da təqsirli bilinib.

Malik Atilay

 





01.02.2023    çap et  çap et