525.Az

PayPal 2000 işçini ixtisar edəcək


 

PayPal 2000 işçini ixtisar edəcək<b style="color:red"></b>

Baş ofisi ABŞ-da yerləşən onlayn ödəniş sistemi PayPal 2000 əməkdaşını ixtisar edəcəyini açıqlayıb. 

525.az xəbər verir ki, PayPal Baş İcraçı Direktoru (CEO) Dan Şulman mövzu ilə bağlı şirkət işçilərinə ünvanladığı bir mesajda, son bir il ərzində çətin bir makroiqtisadi mühitdə şirkətin gücləndirilməsi və yenidən formalaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə etdiklərini, eyni zamanda müştərilərin tələblərini qarşılamaq üçün sərmayə qoymağa davam etdiklərini yazıb.

Şirkətin resursları əsas prioritetlərə yönəltməklə və xərc strukturunu düzgün tənzimləməklə irəliləyiş əldə etdiyini vurğulayan Şulman, bununla belə, təəssüflə 2000 əməkdaşı ixtisar edəcəklərini bildirib.

Malik Atilay

 





01.02.2023    çap et  çap et