525.Az

Fransada evsizlərin sayı 10 ildə 130 faiz artıb


 

Fransada evsizlərin sayı 10 ildə 130 faiz artıb<b style="color:red"></b>

Fransada ev kirayələrinin artması səbəbindən mənzil problemi yaşayanların sayı 4 milyonu keçib, evsizlərin sayı isə 330 minə çatıb.

525.az xəbər verir ki, Fransada fəaliyyət göstərən Abbe Pierre Fondu 2022-ci ildə ölkədə mənzil problemləri ilə bağlı illik hesabatını dərc edib. Hesabatda məlum olub ki, ötən il ölkədə 4,15 milyon insan mənzil problemi ilə mübarizə aparıb və ya qeyri-insani şəraitdə yaşayıb. Bu kateqoriyaya daxil olanların əhəmiyyətli bir hissəsini mətbəx, tualet və istilik otaqları kimi qeyri-sağlam şəraitdə yaşayanlar, eləcə də narahat şəraitdə yaşayanlar təşkil edir.

Hesabata görə, Fransada evsizlərin sayı 330 minə yüksəlib və bu nisbət 10 ildə 130 faiz artıb. Onlardan 200 mini təcili şəraitdə, 110 mini müvəqqəti sığınacaqlarda, 27 mini küçədə, metroda, çadırda və ya avtomobillərdə yatmağa məcbur olur.

Məhəmməd Tağıyev

 





01.02.2023    çap et  çap et