525.Az

ABŞ-də orqan bağışlayan məhbuslara cəza endirimi


 

ABŞ-də orqan bağışlayan məhbuslara cəza endirimi<b style="color:red"></b>

ABŞ-də yeni qanun layihəsi məhbusların sümük iliyi və ya orqanlarını bağışladıqları halda cəzalarından ən azı iki aylıq azalma almasını təklif edir.

525.az xəbər verir ki, Massaçusetsdəki məhbuslar qanun layihəsi qəbul olunarsa, orqanlarını və ya sümük iliyini bağışlamaq müqabilində tezliklə cəzalarını azaltmaq imkanı əldə edə bilərlər. Ştatın İslah Departamenti daxilində orqan və donorluq proqramının yaradılmasına yönəlmiş yeni qanun layihəsi, hər ikisi Demokratlardan olan qanunvericilər tərəfindən təklif edilib.

Təklif qanuna çevrilərsə, proqram uyğun məhbuslara cəzalarının minimum 60 və maksimum 365 gün azaldılmasına icazə verəcək.

Qeyd edək ki, yeni proqramla birlikdə, proqrama nəzarət üçün məsul olan beş nəfərdən ibarət komitə yaradılacaq.

Məhəmməd Tağıyev

 





01.02.2023    çap et  çap et