525.Az

Zakir Həsənov Türkiyəyə səfər edib


 

Zakir Həsənov Türkiyəyə səfər edib<b style="color:red"></b>

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində general-polkovnik Zakir Həsənovun qardaş ölkədə keçirilən "Qış təlimi - 2023" beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.

 





01.02.2023    çap et  çap et