525.Az

Niderlandda "Dəli dana" virusu aşkar edilib


 

Niderlandda "Dəli dana" virusu aşkar edilib<b style="color:red"></b>

Niderlandın Kənd Təsərrüfatı Naziri Piet Adema fermada ölən inəkdə "Dəli dana" virusunun tapıldığını, lakin bunun istehlakçı üçün heç bir mənfi nəticəsi olmayacağını açıqlayıb. 

525.az xəbər verir ki, Adema Niderland Parlamentinə təqdim etdiyi məktubda ölkədəki bir fermada ölü inək tapıldığını və inəyin tapıldığı fermanın karantinə alındığını açıqlayıb. Sözügedən inəyin qida zəncirinə daxil olmadığını bildirən Adema, bu halın istehlakçı üçün heç bir mənfi nəticəsi olmayacağını bildirib. 

Qeyd edək ki, Niderlandda son dəfə "Dəli dana" xəstəliyinə 2011-ci ildə rast gəlinib. Tibb terminologiyasında BSE olaraq bilinən və 1980-ci illərdə İngiltərədə ortaya çıxan "Dəli dana" xəstəliyi heyvanların ətini istehlak edən insanlarda ölümcül beyin xəstəliyinə səbəb olduğu kimi, heyvanlar üçün də ölümcül ola bilər.

Malik Atilay

 





02.02.2023    çap et  çap et