525.Az

ABŞ-də mövsümün ilk "ölçülə bilən" qarı yağıb


 

ABŞ-də mövsümün ilk "ölçülə bilən" qarı yağıb<b style="color:red"></b>

Amerikada mövsümün ilk “ölçülə bilən” qarı ABŞ-nin paytaxtı Vaşinqtona və Nyu-Yorka düşüb. 

525.az xəbər verir ki, ABŞ Milli Meteorologiya Xidməti gecə saatlarında Vaşinqtonun Dalles hava limanında yağan qarın qalınlığının 1 santimetrə çatdığını bildirib. 

Fevralın ilk günü Vaşinqton ətrafında bəzi məktəblərin qar səbəbindən 2 saat gec açıldığı qeyd edilib. Nyu-Yorklular da nazik qar örtüyünə oyanıblar. ABŞ Milli Meteorologiya Xidməti səhər saatlarında Mərkəzi Parkda gözəl görüntülər yaradan qarın qalınlığının 1 santimetr ölçüldüyünü açıqlayıb. 

Açıqlamada, həmçinin Nyu-Yorkda 326 gündür qar yağmadığına diqqət çəkilib və şəhərdə son 50 ilin ən uzun "qarsız qışı"nın yaşandığı bildirilib.

Malik Atilay

 





02.02.2023    çap et  çap et