525.Az

"Qalatasaray"dan rəsmi transfer


 

"Qalatasaray"dan rəsmi transfer<b style="color:red"></b>

"Qalatasaray" heyətini daha bir futbolçu ilə gücləndirib.

525.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi ötən mövsüm "Trabzonspor"da oynayan  Olcan Adını transfer edib. 28 yaşlı yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalanıb. Bu transfer üçün klub Trabzon təmsilçisinə dörd milyon avro təzminat ödəyib.

"Cim-Bom" futbolçusu Salih Dursunu isə "Trabzonspor"a iki illik icarəyə verib.

Qeyd edək ki, O.Adın "Trabzonspor"dan oynadığı 113 matçda 30 qol vurub və 35 qolun ötürməsini verib.

 





04.07.2014    çap et  çap et