ABŞ Prezidenti Co Baydenə qarşı başladılan məxfi sənəd araşdırması çərçivəsində FTB Baydenin Delaver ştatındakı evində axtarış aparıb.
525.az xəbər verir ki, Baydenin vəkili Bob Bauer bu gün Ədliyyə Departamentinin Baydenin Delaver ştatının "Rehoboth Beach"dəki tətil evində "planlaşdırılmış" axtarış apardığını açıqlayıb.
Sözügedən axtarışın prosesin təhlükəsizliyi və bütövlüyü naminə ictimaiyyətə əvvəlcədən xəbərdarlıq edilmədən, Ədliyyə Nazirliyinin standart prosedurlarına uyğun olaraq aparıldığını qeyd edən Bauer Ədliyyə Nazirliyi ilə tam əməkdaşlıq etdiklərini qeyd edib.
Malik Atilay