525.Az

Filippində 6,1 bal gücündə zəlzələ baş verib


 

Filippində 6,1 bal gücündə zəlzələ baş verib<b style="color:red"></b>

Filippinin cənub-şərqində 6,1 bal gücündə zəlzələ baş verib. 

525.az xəbər verir ki, Filippin Vulkan və Zəlzələ Elmi İnstitutu sahilyanı Davao de Oro şəhərində Yeni Bataan bölgəsindən təxminən 14 kilometr aralıda 6,1 bal gücündə qeydə alındığını açıqlayıb. 

Ölkənin cənubunda bir sıra şəhərlərdə hiss edilən zəlzələ 11 kilometr dərinlikdə baş verib. Artçı təkanların gözlənildiyi barədə xəbərdarlıq edilib. 

Zəlzələdə can və mal itkisi qeydə alınmayıb.

Qeyd edək ki, dünyanın ən yüksək seysmik aktivliyə malik ölkələrindən biri olan Filippin “Alov halqası” kimi də tanınan Sakit Okean Zəlzələ Kəmərində yerləşir.

Malik Atilay

 





02.02.2023    çap et  çap et