525.Az

Almaniyada silsilə qətldə şübhəli bilinən şəxs saxlanılıb


 

Almaniyada silsilə qətldə şübhəli bilinən şəxs saxlanılıb<b style="color:red"></b>

Almaniyanın Baden-Vürtemberq əyalətinin Şvabiş Hol qəsəbəsində 3 qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

525.az xəbər verir ki, polisin verdiyi məlumata görə, Şvabiş Hol qəsəbəsində 3 nəfər yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs xüsusi təyinatlılar tərəfindən yaxalanıb. 

Ötən həftə Mişelbax an der Bilzdəki mənzilində 89 yaşlı qadın ölü tapılıb. 2020-ci ilin oktyabrında 94, 2022-ci ilin dekabrında isə 77 yaşlı iki qadın bir-birinə yaxın mənzillərdə ölü tapılıb. Üç insidentdə oxşar cəhətlər olduğundan polis müstəntiqləri araşdırmalarını dərinləşdirib. Saxlanılan şəxsin hər üç qətldə şübhəli bilindiyi bildirilib.

Malik Atilay

 





02.02.2023    çap et  çap et