Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Prezidenti Co Baydenin Delaver ştatındakı iqamətgahında apardığı axtarış nəticəsində gizli sənədlər tapmayıb.
525.az xəbər verir ki, Baydenin vəkili Bob Bauer verdiyi yazılı açıqlamada Ədliyyə Departamentinin Baydenin Delaver ştatının "Rehoboth Beach"dəki yay evində apardığı axtarışın başa çatdığını açıqlayıb. Axtarışın saat 08:30-dan günorta saatlarına qədər davam etdiyini bildirən Bauer, axtarış nəticəsində evdə məxfi heç bir sənəd tapılmadığını qeyd edib.
Qeyd edək ki, Bauer axtarış zamanı Ədliyyə Nazirliyinin Baydenin vitse-prezidentliyindən ayrıldığı bəzi əlyazma qeydlərini ətraflı şəkildə araşdırdığını bildirib.
Məhəmməd Tağıyev