İsveçdə Qurana qarşı hörmətsizliyə yenisi əlavə edilib.
525.az xəbər verir ki, Kalrskrona şəhərində üzərində və içərisində təhqiramiz ifadələr yazılmış 3 Quran nüsxəsi tapılıb. Üzərində ölüm hədəsi yazılmış Quranın avtobus dayanacağında, digərlərinin isə ictimai yerlərdə tapıldığı açıqlanıb.
Hadisənin baş verdiyi Ronnebi rayonundakı İslam Dərnəyi Quranın hədəf alınmasına reaksiya verib. Eyni bölgədə 2020-ci ildə müsəlmanların məscid kimi istifadə etdiyi binanın qarşısında yandırılmış Quran səhifələri tapılıb. Polis hadisə ilə bağlı "nifrət cinayəti" araşdırmasına başlasa da, cinayətkarları yaxalamaq mümkün olmayıb.
Malik Atilay