525.Az

Misirdə xəstəxana yanğını: 3 ölü, 32 yaralı


 

Misirdə xəstəxana yanğını: 3 ölü, 32 yaralı<b style="color:red"></b>

Misirin paytaxtı Qahirədə xəstəxanada baş verən yanğında 3 nəfər ölüb, 32 nəfər isə yaralanıb.

525.az xəbər verir ki, Misirin paytaxtı Qahirədə yerləşən xəstəxananın radiologiya şöbəsində yanğın baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 32 nəfər yaralanıb. Yanğın yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşını göndərilib, yaralılar isə yaxınlıqdakı xəstəxanalara aparılıb. Misir Səhiyyə Nazirliyindən verilən açıqlamada xəstəxananın qeyri-hökumət təşkilatına aid olduğu və yanğının nəzarət altına alındığı bildirilib.

Qeyd edək ki, yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məhəmməd Tağıyev

 





02.02.2023    çap et  çap et