525.Az

"Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzulu tədbir keçirilib


 

"Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzulu tədbir keçirilib<b style="color:red"></b>

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının dəstəyi ilə təşkilatın inzibati binasında Ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzulu tədbir keçirilib.

Tədbirdə AYB üzvləri, alim, şair və yazıçılar, ziyalılar, təhsil və mədəniyyət işçiləri, meida mənsubları iştirak ediblər.

YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov iştirakçıları salamlayaraq, belə tədbirlərin vacibliyindən danışıb. N.Bünyatov görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin və ədəbiyyatın inkişafında misilsiz rolundan, ədəbiyyat və söz sənəti adamlarına göstərdiyi yüksək diqqət və qayğıdan, bu şərəfli missiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən ətraflı söz açıb.

Sonra mövzu ilə əlaqədar geniş müzakirə və fikir mübadiləsi aparılıb. Şair-publisist Adil Misirli, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, Əməkdar müəllim Zəhra İbrahimova, ADPU Ağcabədi filialının direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahir Səlimov, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, AYB üzvü şair Zahid Avşar Eloğlu, qabaqcıl maarif xadimi Ədalət Hüseynov, Pərioğlular kənd kitabxanasının müdiri Nübar Qasımova, rayon ziyalısı Mahir Ağayev, rayon Ağsaqqallar Şurası sədrinin müavini Taryel Əsədov, yazarlar Eldar Qarqarçay, Səadət Kamal və başqaları çıxış ediblər. Çıxışlarda Ümummilli liderin sovet və müstəqillik dönəmlərində milli dəyərlərimizə, ədəbiyyatımıza verdiyi böyük qiymətdən, göstərdiyi əvəzsiz qayğıdan, respublikanın görkəmli sənət adamlarına, yazarlara sərgilədiyi dəstəkdən bəhs olunub, xatirələr, düşüncələr dilə gətirilib.

Tanınmış şair Zahid Avşar Eloğlunun Ulu öndərə ithaf etdiyi şeir alqışlarla qarşılanıb.

Yəhya PAŞAZADƏ

 





02.02.2023    çap et  çap et