525.Az

Baş nazir 2024-cü il dövlət büdcəsi layihəsinin hazırlanması barədə sərəncam imzalayıb


 

Baş nazir 2024-cü il dövlət büdcəsi layihəsinin hazırlanması barədə sərəncam imzalayıb<b style="color:red"></b>

Baş nazir Əli Əsədov Azərbaycanın 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə sərəncam imzalayıb.

525.az-ın məlumatına görə, sərəncama əsasən, Maliyyə Nazirliyi növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsini, həmçinin növbəti il və sonrakı üç il üçün icmal büdcənin proqnozunu və 2024-cü il və sonrakı üç il üçün Ortamüddətli xərclər çərçivəsi (OMXÇ) sənədinin ilkin layihəsini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi isə dövlət investisiya proqramının istiqamətlər üzrə ilkin layihəsini 2023-cü il aprel ayının 5-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına və aprelin 15-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

 





02.02.2023    çap et  çap et