525.Az

“Gənclər dövlət siyasətinin önəmli hissəsidir”


 

“Gənclər dövlət siyasətinin önəmli hissəsidir”<b style="color:red"></b>

“Gənclər dövlət siyasətinin önəmli hissəsidir”.

525.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Mingəçevirin Gənclər Paytaxtı seçilməsi ilə bağlı təşkil edilən tədbirdə deyib.

Nazir Gənclər günü münasibətilə hər kəsi təbrik edib: “Bu ənənə 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Cənab Prezident İlham Əliyev gənclərlə daim görüşlər keçirib, müxtəlif fərmanlar imzalayıb. Gənclər sahəsi üzrə müxtəlif sənədlər var. Bildiyiniz kimi, bu il Gənclər Paytaxtı Mingəçevir seçilib. İlk dəfə Gənclər gününü paytaxtdan kənarda qeyd edirik. Qərara gəldik ki, bu günü məhz Gənclər Paytaxtında keçirək”.

F. Qayıbov əlavə edib ki, bütün rayonlardan gənclər tədbirə qatılıblar: “Onları burada maraqlı diskussiyalar gözləyir. Günün sonunda isə konsert təşkil olunacaq”.

 





02.02.2023    çap et  çap et