525.Az

Böyük Qayıdışa dair Proqramın icrası üçün tələb olunan vəsait müəyyənləşdiriləcək


 

Böyük Qayıdışa dair Proqramın icrası üçün tələb olunan vəsait müəyyənləşdiriləcək<b style="color:red"></b>

Böyük Qayıdışa dair I Dövlət Proqramı üçün tələb olunan vəsait müəyyənləşdiriləcək.

525.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb .

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi 2024-cü il və sonrakı üç il üçün dövlət investisiya proqramının istiqamətləri, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə nəzərdə tutulmuş investisiya yönümlü layihə və tədbirlər üçün tələb olunan vəsaitə dair ilkin göstəriciləri 2023-cü il martın 1-dək, dəqiqləşdirilmiş göstəriciləri, həmçinin növbəti il üçün dövlət büdcəsinin layihəsinə uyğunlaşdırılmış dövlət investisiya proqramının istiqamətlər üzrə layihəsini 2023-cü il avqustun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

Eyni zamanda Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflərini 2023-cü il fevralın 20-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

 





02.02.2023    çap et  çap et