525.Az

Gəncləri Gününə həsr olunan “Heydər Əliyev və dövlətin gənclər siyasəti”adlı dəyirmi masa keçirilib


 

 Gəncləri Gününə həsr olunan “Heydər Əliyev və dövlətin gənclər siyasəti”adlı dəyirmi masa keçirilib<b style="color:red"></b>

Respublika Uşaq Kitabxanasında 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və dövlətin gənclər siyasəti”adlı dəyirmi masa keçirilib.

525.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasında uğurlu gənclər siyasətinin əsasınınümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu, gənclərə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyi diqqətə çatdırılıb.

Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır.Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraqgənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətingöstəricisidir.            
Tədbirdə qonaq qismində iştirak edən siyasi elmlər doktoru, professor Elçin Əhmədov çıxışından sonra gənclərin suallarını ətraflı cavablandırıb, Respublika Uşaq kitabxanasına “ŞUŞA – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı”, “Ermənistanın Azərbaycana Təcavüzü” və “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlı kitablarınıhədiyyə edib.
Qeyd edək ki, gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfəAzərbaycanda qeyd olunub. Dünyada yalnız 1998-ci ildən etibarən avqustun 12-si gənclər günü elan edilib.

 





02.02.2023    çap et  çap et