525.Az

VHP üzvünə hökm oxunub


 

VHP üzvünə hökm oxunub<b style="color:red"></b> Vətəndaş Həmrəyli Partiyasının (VHP) həbsdə olan üzvü Ömər Məmmədov  hökm oxunub.

APA-nın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ö. Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Ö. Məmmədov  yanvarın 24-də  Bakıda saxlanılıb. Mülki geyimli şəxslər onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıb. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Bakının Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ömər Məmmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
 
1995-ci ildə Bakıda anadan olan Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 2013-cü ildə bir qrup gənclə “Axın” Hərəkatını təsis edib.
 





04.07.2014    çap et  çap et