“Ukrayna-Rusiya savaşının başlanmaması üçün çox çalışırdıq”
525.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyə indi də müharibənin ən qısa vaxtda başa çatmasına çalışır:
“Biz yeni enerji və qida böhranının yaranmamasına çalışırıq. İndiyədək 19 milyon taxıl dünya ölkələrinə daşınıb".