525.Az

"İranla münasibətlərə, dövlətlərarası müqavilələrə yenidən baxmalıdır"


 

"İranla münasibətlərə, dövlətlərarası müqavilələrə yenidən baxmalıdır"<b style="color:red"></b>

"İranın Azərbaycana münasibəti Ermənistanın düşmənçiliyindın geri qalmır. Buna görə də İranla münasibətlərə, dövlətlərarası müqavilələrə yenidən baxmalıdır".

525.az xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib.  Hüquqşünas bildirib ki, bu müqavilələr arasında denonsasiyası ən vacib olanı "Azərbaycan Respublikası və İran İslam Respublikası arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə"dir. Neçə illərdir ki, bu müqavilə tamamilə Azərbaycanın ziyanına işləyir.

Sahib Məmmədovun dediyinə görə, İrandan Azərbaycana kütləvi şəkildə narkotik vasitələr daşıyan narkotacirlər, qaçaqmalçılar bizim hüquq-mühafizə orqanları tərəfindən yaxalanır və Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandirilirlar. Lakin İran tərəfi bu müqaviləyə əsasən, həmin şəxsləri Azərbaycandan alır, ölkəyə aparan kimi azadlığa buraxır:

“Biz bu şəxsləri “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə" əsasında təhvil vermək məcburiyyətində qalırıq. İran tərəfi bu şəxsləri narkotik vasitələrin satışına görə məhkum etmək yerinə açıb buraxır. Bu narkotacirlər də yenidən Azərbaycana narkotik gətirməklə məşgul olurlar. İran vətəndaşları eyni cinayətə, yəni qanunsuz narkotik vasitələrin satışına görə dəfələrlə bizim hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə yaxalanıblar. Buna dair çoxlu faktlar var. Hesab edirəm ki, Azərbaycan sözügedən müqavilədən imtina etməlidir. Hansı ölkənin vətəndaşı olur-olsun, Azərbaycan əraizisində cinayət əməli törədibsə, cəzasını da burada çəkməlidir. Bu, xüsusən də ölkəmizə qanunsuz yollarla narkotik vasitələr daşıyan şəxslərə aiddir”.

Sevinc Qarayeva 

 





02.02.2023    çap et  çap et