525.Az

“Gənclərin marifləndirilməsi tədbirlərində iştirak fəaliyyətimin ən vacib istiqamətlərindən biri olub”


 

“Gənclərin marifləndirilməsi tədbirlərində iştirak fəaliyyətimin ən vacib istiqamətlərindən biri olub” <b style="color:red"></b>

“Hər bir seçicimizin yanında olmağa, onların problemləri ilə yaxından tanış olmağa, müraciətləri qısa zaman ərzində aidiyyatı qurumlara yönləndirməyə və həlli üçün lazımi tədbirlər görməyə çalışmışam”.

Bunu 525.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, bu illər ərzində parlament üzvü olaraq fəaliyyətində vətəndaşlarla iş, qanunvericilik sahəsində iş, parlamentlərarası fəaliyyət və s. istiqamətləri müəyyən edərək, sözügedən istiqamətlər çərçivəsində fəaliyyətin sözdən əmələ prinsipləri əsasında təşkili üçün daima səylər göstərib:

“Ölkədə baş verən hadisələrlə bağlı istər yerli, istərsə də xarici televiziya kanallarında, sosial şəbəkələrdə münasibət bildirmək, şəhid ailələri və qazilərlə sıx əlaqədə olmaq, gənclərin marifləndirilməsi yolunda təşkil edilən  tədbirlərdə iştirak fəaliyyətimin ən vacib istiqamətlərindən biri olub”.

Millət vəkili  bildirib ki, hesabat dövründə ümumilikdə 60 yazılı, 368 şifahi, sosial şəbəkələr vasitəsilə isə 447 müraciət daxil olub. Müraciət edən hər bir şəxslə əlaqə yaradılıb, problemləri diqqətdə saxlanılıb, aidiyyəti qurumlara müraciətlər ünvanlanıb.

Deputat bundan sonrakı fəaliyyəti dövrlərində də daim seçicilərlə bərabər olacağını, onların problemlərinin həlli yolunda lazımi addımlar atacağını və onlarla birgə uğurlu nəticələrə nail olacağını deyib.

Sevinc Qarayeva 

 





02.02.2023    çap et  çap et