525.Az

BDU-nun 14 komandası “TEKNOFEST-2023”ün növbəti mərhələsinə vəsiqə qazanıb


 

BDU-nun 14 komandası “TEKNOFEST-2023”ün növbəti mərhələsinə vəsiqə qazanıb<b style="color:red"></b>

Bakı Dövlət Universiteti (BDU) “TEKNOFEST-2023” festivalında iştirak edəcək.

Bu barədə 525.az-a BDU-dan məlumat verilib.

Bildirilib ki, BDU-nun festivala qatılacaq 14 komandasının müxtəlif kateqoriyalar üzrə təqdim etdiyi 23 layihə yarışmanın ilk mərhələsini keçərək növbəti mərhələyə vəsiqə qazanıb.

“TEKNOFEST-2023” festivalı martın 16-dan 19-dək İzmir, aprelin 27–dən mayın 1-dək İstanbul, avqustun 30-dan sentyabrın 3-dək isə Ankara şəhərində keçiriləcək.

İlk dəfə Türkiyədən kənarda “İki dövlət, tək millət, tək festival” şüarı ilə 2022-ci ilin may ayında Azərbaycanda təşkil olunan “TEKNOFEST Azərbaycan” festivalında BDU 14 layihə ilə təmsil olunub. BDU-nu təmsil edən komandalar aqrar texnologiyalar kateqoriyası üzrə II, sosialyönümlü texnologiyalar kateqoriyası üzrə isə III yerə layiq görülüb.

Sevinc Qarayeva 

 





02.02.2023    çap et  çap et