525.Az

“Ölkənin sabahı bu günün gəncliyinə bağlıdır” – Şəms Hüseynli yazır


 

“Ölkənin sabahı bu günün gəncliyinə bağlıdır” – <b style="color:red">Şəms Hüseynli yazır</b>

Bütün xalqlar kimi Azərbaycan xalqı da özünün parlaq gələcəyə olan ümidlərini başlıca olaraq gənc nəsildə görür. 

Hər bir gənc çiçəklənməkdə olan bir fidandır. Bu baxımdan savadlı, sivil vətəndaş olaraq sağlam düşüncəli gənclərin inkişafı hər bir ölkənin gələcəyi üçün vacibdir. Ölkənin sabahı bu günün gəncliyinə bağlıdır. Bu gün gənclərin sosial, iqtisadi və siyasi arenada inkişafı və bunun üçün görülən tədbirlər, atılan addımlar olduqca vacib  məsələlərdəndir.

Azərbaycan gəncliyinin bugünkü inkişafının təməli Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə atılmışdır. Hakimiyyəti dövründə Ulu Öndər vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq bir gəncliyin, Azərbaycan xalqına fayda verəcək bir nəslin yetişməsinin önəmini vurğulayırdı. O gənclərin tərəqqisi məqsədilə atılan addımları yüksək qiymətləndirir, bu addımları müstəqil Azərbaycan dövlətinin ən vacib faəliyyət istiqamətlərindən biri hesab edirdi.  Dövrünün gənclərinə böyük qayğı və diqqətlə yanaşır, onların inkişafına yol açan addımlar atırdı.

Bu məqsədlə, 1994-cü ildə dövlət gənclər siyasətini həyata keçirən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu öndərin hakimiyyəti dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss ediblər. 1996-cı il 2 fevral tarixində məhz Ulu öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi.

25 il öncə - 1997-ci ildə Ulu Öndər fevralın 2-ni Gənclər Günü elan etdi və həmin tarix qəlbi qurub-yaratmaq eşqi ilə döyünən, gələcəyə böyük ümid bəsləyən hər bir Azərbaycan gəncinin yoluna saçılan bir işıq oldu. 

Ümummilli Liderin gənclərlə bağlı siyasətini  uğurla davam etdirən Prezident İlham Əliyev də hər zaman fəaliyyətində gənclərə çox həssaslıqla yanaşır, müstəqil Azərbaycan dövlətinin bugünün və gələcəyinin əsas sosial qüvvəsi olan müasir gəncliyin vətənpərvər ruhda yetişməsi üçün önəmli addımları dövlət siyasətinin əsas tərkib hissəsi hesab edir.

Prezident İlham Əliyevin “Gənclərə müraciət edirəm! Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm” sözləri əslində Azərbaycan gəncliyinin qarşısında açılan aydın üfüqlərdir.

Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi.

Xalqın gələcək inkişafi üçün böyük qüvvə olan gənclər vasitəsiylə adət-ənənələrimiz qorunub gələcək nəsillərə ötürülür. Milli-mənəvi dəyərlərimizin qorunması sağlam təfəkkürlü nəslin yetişdiyi bir xalqın təminatçısıdır. 

Əziz gənclər, gününüz mübarək!

Şəms HÜSEYNLİ
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

 





02.02.2023    çap et  çap et