525.Az

Zaur Hüseynovun 4 müavini olacaq


 

Zaur Hüseynovun 4 müavini olacaq<b style="color:red"></b>

“Bakı Metropoliteni” SC-nin əsas məqsədi Bakı metropoliteninin inkişaf etdirilməsindən, sərnişinlərin metro nəqliyyatında daşınmasının keyfiyyətinin yüksəldilməsindən, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisindən, metropolitenin maddi-texniki bazasının gücləndirilməsindən ibarətdir.

Lent.az-ın məlumatına görə, bu, baş nazirin "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə qərarında öz əksini tapıb.

Cəmiyyət sərnişinlərin vaxtında və təhlükəsiz metro nəqliyyatında daşınmasının təmin edilməsi, metropolitendə qatarların hərəkətinin təşkilinin və təhlükəsizliyinin təmin olunması, metro nəqliyyatında hərəkətin və infrastrukturun idarə olunmasında müasir texnologiya və üsulların tətbiq edilməsi, metropolitenin işi ilə əlaqədar istehsalat, inzibati, yaşayış və sosial-mədəni təyinatlı və digər obyektlərin tikintisinin, təmirinin və bərpasının həyata keçirilməsi, metropoliten stansiyalarının, xətlərinin, elektrik depolarının, tunellərin, körpülərin tikintisi, yenidən qurulması, bərpası və təmiri işlərinin həyata keçirilməsi, fəaliyyət istiqamətlərinə uyğun materialların və avadanlıqların istehsalı və satışı, metropoliten şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi istiqamətlərdə fəaliyyət göstərəcək.

Cəmiyyət xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü ilə yalnız belə xüsusi razılıq (lisenziya) aldıqdan sonra məşğul ola bilər.

Qərarda o da qeyd olunur ki, İdarə Heyətinin tərkibi 5 nəfərdən - cəmiyyətin sədri və 4 sədr müavinindən ibarətdir.
 
Baş nazirin qərarına əsasən, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin strukturu da müəyyən edilib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin törəmə müəssisələri aşağıdakılardır:

1. 1 saylı Tunel Tikinti İdarəsi;
2. 2 saylı Tunel Tikinti İdarəsi;
3. 3 saylı Tunel Tikinti İdarəsi;
4. Xüsusi Tamamlama İşlər İdarəsi;
5. Xüsusi Hidrotexniki İşlər İdarəsi;
6. Dəmir Beton Konstruksiyalar Zavodu;
7. Mexanikləşdirmə İdarəsi;
8. Avtonəqliyyat Müəssisəsi;
9. "Bakımetrolayihə" İnstitutu;
10. Hərbiləşdirilmiş dağ-mədən xilasetmə dəstəsi;
11. İstehsalat Texniki Komplektləşdirmə İdarəsi.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar:

1. Hərəkət Xidməti;
2. Yol Xidməti;
3. Tunel Qurğuları Xidməti;
4. Elektrik Təchizatı Xidməti;
5. İşarəvermə və Rabitə Xidməti;
6. Elektromexanika Xidməti;
7. Əsaslı Təmir Xidməti;
8. Depolar üzrə iş Departamenti;
9. Birləşmiş emalatxanalar;
10. Avtomotonəqliyyat Xidməti;
11. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Sağlamlıq Mərkəzi.
 

 





04.07.2014    çap et  çap et