525.Az

Avstriyada COVID-19 tədbirləri iyun ayına qədər ləğv ediləcək


 

Avstriyada COVID-19 tədbirləri iyun ayına qədər ləğv ediləcək<b style="color:red"></b>

Avstriyanın Səhiyyə naziri Yohannes Rauç COVID-19 epidemiyası çərçivəsində qüvvədə olan müxtəlif tədbirlər və təcrübələrin 30 iyun tarixinə qədər mərhələli şəkildə aradan qaldırılacağını və epidemiyadan əvvəlki vəziyyətə qayıdacağını söyləyib.

525.az xəbər verir ki, Avstriyanın Səhiyyə Nazirliyi tərəfindən hazırlanan COVID-19 tədbirlərinin tamamilə ləğvini özündə əks etdirən normal fəaliyyət planı Nazirlər Şurası tərəfindən qəbul edilib. Səhiyyə naziri Rauç nümayəndə heyəti ilə keçirdiyi mətbuat konfransında vətəndaşların virusa qarşı immun sisteminin gücləndirilməsi və lazımi tibbi ləvazimatların kifayət qədər olması sayəsində bütün ehtiyat tədbirlərinin və təcrübələrin aradan qaldırılması üçün addımların atılmasının mümkün olduğunu bildirib.

Yaradılan fəaliyyət planı ilə böhran vəziyyətindən normal vəziyyətə qayıtmağın önümüzdəki aylarda təmin ediləcəyini bildirən Rauç, hazırda səhiyyə müəssisələrində tətbiq olunan maska ​​tələbinin aprelin 30-da ləğv ediləcəyini bildirib.

Məhəmməd Tağıyev

 





02.02.2023    çap et  çap et