525.Az

FED faiz dərəcələrini 25 bənd artırıb: 16 ilin ən yüksək səviyyəsi


 

FED faiz dərəcələrini 25 bənd artırıb: 16 ilin ən yüksək səviyyəsi<b style="color:red"></b>

ABŞ Federal Ehtiyat Sistemi (FED) siyasət faizini 25 bənd artıraraq 4,50-4,75 faiz aralığına çatdırıb ki, bu da son 16 ilin ən yüksək səviyyəsidir.

525.az xəbər verir ki, FED-in verdiyi açıqlamada faiz artırma qərarının yekdilliklə qəbul edildiyi bildirilib. Federal Açıq Bazar Komitəsinin (FOMC) uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 faiz inflyasiya əldə etməyi hədəflədiyi vurğulanan açıqlamada, bu hədəfləri dəstəkləmək üçün federal fondların dərəcəsinin 4,50-4,75 faiz  diapazonuna qaldırılmasına qərar verildiyi bildirilib.

Açıqlamada son göstəricilərin xərc və istehsalda mülayim artıma işarə etdiyi bildirilib və son aylarda məşğulluq artımlarının güclü olduğu, işsizlik nisbətinin isə aşağı səviyyədə qalmağa davam etdiyi qeyd edilib. FED-in açıqlamasında: "İnflyasiya bir qədər azaldı, lakin hələ də yüksək olaraq qalır", - kimi qiymətləndirmə isə diqqət çəkib.

Məhəmməd Tağıyev

 





02.02.2023    çap et  çap et