525.Az

"FedEx" idarə heyətinin 10 faizini işdən çıxaracaq


 

"FedEx" idarə heyətinin 10 faizini işdən çıxaracaq<b style="color:red"></b>

"FedEx" daha səmərəli bir şirkət olmaq üçün məmur və rəhbər vəzifələrdəki işçilərinin sayını 10 faizdən çox azaldacağını açıqlayıb.

525.az xəbər verir ki, "FedEx"in Baş İcraçı Direktoru (CEO) Raj Subramaniam işçilərinə yazdığı qeyddə, çevik, səmərəli və ağıllı bir təchizat zənciri yaratmaq üçün bir transformasiya səyinə başladıqlarını xatırladıb və şirkətin rəqabət mühitində qalmasını təmin etmək üçün bəzi qərarların alındığını bildirib. Bəzi komandaların və onların funksiyalarının birləşdirildiyini bildirən Subramaniam, məmur və menecer qrupunun 10 faizdən çox ixtisar edildiyini qeyd edib.

Qeyd edək ki, Subramaniam işçilərin sayının azaldılmasının daha səmərəli və çevik bir təşkilat olmaq üçün zəruri bir addım olduğunu vurğulayıb.

Məhəmməd Tağıyev

 





02.02.2023    çap et  çap et