Hüquqları "Yokohama"ya məxsus olan yaponiyalı futbolçu Kazu Miura Portuqaliyanın ikinci ən güclü liqasını təmsil edən "Oliveirense" klubuna keçib.
525.az xəbər verir ki, bu barədə Yaponiya komandası məlumat yayıb.
Mövsümün sonuna kimi Portuqaliyaya icarə əsasında keçən futbolçu da bu badədə açıqlama verib: “Dəvət üçün çox sağ olun. Ən yaxşı keyfiyyətlərimi nümayiş etdirmək üçün əlimdən gələni edəcəyəm”, - deyə 55 yaşlı Miura bildirib.
Miura peşəkar karyerasına 1986-cı ildə başlayıb, ilk dəfə Braziliyanın "Santos" klubunda forma geyinib. 1994-1995-ci illərdə İtaliyada çıxış edib. 2005-ci ildən Yaponiya klubunda hücumçu mövqeyində çıxış edir.
Qeyd edək ki, Miuranın Yaponiya yığmasında 89 oyunda 55 qolu var. Komanda ilə birlikdə 1992-ci ildə Asiya kubokunun qalibi olub.
Havar Şəfiyeva