525.Az

Texasda buz fırtınası minlərlə insanı işıqsız qoyub


 

Texasda buz fırtınası minlərlə insanı işıqsız qoyub<b style="color:red"></b>

Bu həftə ABŞ-nin cənub bölgələrini vuran ölümcül buz fırtınası səyahəti dayandırıb və Texasda elektrik enerjisinin kəsilməsinə səbəb olub.

525.az xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən sürüşkən yollarda onlarla avtomobil qəzası baş verib və ən azı 5 nəfər həlak olub. ABŞ aviaşirkətləri isə 2150-dən çox reysi ləğv edib. Cümə axşamına qədər bölgədə şaxta olacağı gözlənilir. "PowerOutage" saytında Texasda 240 mindən çox insanın işıqsız qaldığı, onlardan 114 mininin ştatın paytaxtı Ostində olduğu qeyd edilib.

Ölkədəki uçuşları izləyən "FlightAware" saytı isə əsasən Texas və Tennessi ştatlarının əsas hava limanlarında olan 2150-dən çox reysin sərt qış şəraiti səbəbindən ləğv edildiyini açıqlayıb.

Ştatlarda hava şəraiti səbəbindən yüz minlərlə şagirdin təhsil aldığı bir çox məktəbdə təhsil dayandırılıb. Rəsmilər buzlanma səbəbindən sürücülərə diqqətli olmaları barədə xəbərdarlıq edib. Texas qubernatoru Qreq Abbott da sürücülərdən mümkün qədər yola çıxmamağı xahiş edib.

Qeyd edək ki, Arkanzas ştatının qubernatoru Sara Hukabi Sanders buzlanma ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Məhəmməd Tağıyev

 





02.02.2023    çap et  çap et