525.Az

Avstriya 4 rus diplomatını deportasiya edir


 

Avstriya 4 rus diplomatını deportasiya edir<b style="color:red"></b>

Avstriya 4 rus diplomatı diplomatik statusları ilə uyğun gəlməyən hərəkət etdiklərini əsas gətirərək ölkədən çıxarmaq qərarına gəlib.

525.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamanı Avstriya Xarici İşlər Nazirliyi yayıb.

Açıqlamada, sözügedən 4 diplomatdan 2-nin paytaxt Vyanada Birləşmiş Millətlər Təşkilatı tərəfindən akkreditə olunduğu bildirilib. Deportasiya qərarına səbəb diplomatların "diplomatik statusa uyğun gəlməyən" fəaliyyət göstərmələri olub.

Məhəmməd Tağıyev

 





02.02.2023    çap et  çap et