525.Az

Fransada saxta COVID-19 sertifikatı satan 4 nəfər həbs edilib


 

Fransada saxta COVID-19 sertifikatı satan 4 nəfər həbs edilib<b style="color:red"></b>

Fransada 2021-ci ilin may-noyabr aylarında 11 min saxta COVID-19 sağlamlıq lisenziyası satdıqlarına görə dörd nəfər həbs cəzasına məhkum edilib.

525.az xəbər verir ki, Nanterre Məhkəməsi dünən 5 nəfəri sosial media tətbiqi "Snapchat" vasitəsilə hər birini 250-330 avroya 11 min saxta COVID-19 sağlamlıq lisenziyası satmaqda ittiham edərək mühakimə edib. Məhkəmə saxlanılan müttəhimlərdən ikisini bir il şərti cəza və hər birini 25 min avro cərimə ilə dörd il müddətinə azadlıqdan məhrum edib. Digər iki şəxsdən 12-si şərti olmaqla 18 ay, digəri isə şərti cəza ilə 15 ay müddətinə azadlıqdan məhrum edilib. Bir müttəhim isə azadlığa buraxılıb.

Qeyd edək ki, adları və sığorta nömrələri əldə edilən şəxslərin məlumatları ilə sındırdıqları səhiyyə sistemi vasitəsilə sənədləri çıxardıqları bildirilən müttəhimlərdən ikisinin mütəşəkkil dəstə yaradaraq müxtəlif kibercinayətlər və fırıldaqçılıq ilə bağlı cinayət qeydləri var.

Məhəmməd Tağıyev

 





02.02.2023    çap et  çap et