Avstraliyanın yeni 5 dollarlıq əsginasında Kral Çarlzın əvəzinə yerli tarixdən qeydlər olacaq.
525.az xəbər verir ki, Mərkəzi Bankın Kraliça II Yelizavetanın portretini "ilk avstraliyalıların mədəniyyətini və tarixini şərəfləndirən" dizaynla əvəz etmək qərarından sonra Kral III Çarlz Avstraliyanın 5 dollarlıq əsginasında yer almayacaq. Qərar ölkə əhalisinin bir qismi tərəfindən dəstəklənsə də, bir qisim şəxs qərardan məmnun qalmayıb.
Cümə axşamı Sidney radiostansiyasının "2GB" verilişində verdiyi elandan qısa müddət sonra Avstraliyanın müxalifət lideri Peter Dutton Baş nazir Entoni Albanesenin Kral Çarlzın şəklini əskinaslardan çıxarmağın cazasını çəkməli olduğunu söyləyib.
Malik Atilay