525.Az

Amerika qitəsinin ən böyük həbsxanası açılıb


 

Amerika qitəsinin ən böyük həbsxanası açılıb<b style="color:red"></b>

Mərkəzi Amerika ölkəsi El Salvadorun Prezidenti Nayib Bukele Amerika qitəsinin 40 min tutumlu ən böyük həbsxanasının açılışını edib. 

525.az xəbər verir ki, San-Salvadordan 74 kilometr aralıda yerləşən Tekoluka qəsəbəsindəki vadidə 166 hektar ərazidə meqa həbsxana adlandırılan həbsxananın açılışı olub. 

Silahlı dəstələrlə mübarizə məqsədilə inşa edilən və Amerika qitəsinin ən böyük həbsxanası olduğu deyilən “Terrordan Mühafizə Mərkəzi” prezident Bukele tərəfindən açılıb. Bukele "Twitter" hesabında etdiyi paylaşımda: "Dünən Terrordan Mühafizə Mərkəzini açdıq. Bu, 7 ayda quldur dəstələrinə qarşı aparılan müharibənin tam qələbəsinə böyük kömək olacaq", - deyib. 

Ədliyyə və ictimai təhlükəsizlik nazirinin müavini Osiris Luna da bu mərkəzin ən son texnoloji imkanlarla tikildiyini və həbsxananı gecə-gündüz 600 əsgər, 250 polis və mühafizəçinin izləyəcəyini bildirib.

Hazırda ölkədəki həbsxana tutumunun 30 min ətrafında olduğu qeyd edilir.

Malik Atilay

 





03.02.2023    çap et  çap et