525.Az

Almaniyanın qaz anbarlarında doluluq 78,6 faiz səviyyəsinə yüksəlib


 

Almaniyanın qaz anbarlarında doluluq 78,6 faiz səviyyəsinə yüksəlib<b style="color:red"></b>

Almaniyada təbii qaz anbarlarının doluluq nisbəti 78,6 faiz olaraq qeyd edilib.

525.az xəbər verir ki, Gas Infrastructure Europe fevralın 1-nə Almaniyadakı qaz anbarlarının doluluq dərəcəsini açıqlayıb. Müvafiq olaraq, ölkə üzrə anbarların doluluq səviyyəsi 78,6 faiz təşkil edib. Sözügedən miqdarın Rusiya-Ukrayna müharibəsindən sonra edilən yeni tənzimləmədə tələb olunan doluluq nisbətindən iki dəfə çox olması diqqət çəkib.

Almaniyada enerji bazarını tənzimləyən Federal Şəbəkə Agentliyinin (Bundesnetzagentur) rəhbəri Klaus Müller mövzu ilə bağlı açıqlamasında: "Doldurma səviyyəsi hədəfini keçdik. Bu, qazdan qənaətlə istifadə edən hər kəsin ortaq nailiyyətidir", - deyib.

Qeyd edək ki, Avropa İttifaqı üzrə qaz anbarlarında doluluq səviyyəsi bu gün 72,1 faizə çatıb.

Məhəmməd Tağıyev

 





03.02.2023    çap et  çap et