525.Az

"Shell" 115 ilin ən yüksək illik qazancını açıqlayıb


 

"Shell" 115 ilin ən yüksək illik qazancını açıqlayıb<b style="color:red"></b>

Neft və qaz nəhəngi "Shell" keçən il Rusiya-Ukrayna müharibəsinə görə enerji qiymətlərinin yüksəlməsindən sonra rekord illik qazanc əldə etdiyini bildirib.

525.az xəbər verir ki, şirkət 2022-ci il üçün 39,9 milyard dollar qazanc əldə edib ki, bu da 115 illik tarixində ən yüksək göstəricisi olub. Rusiya- Ukrayna müharibəsindən sonra neft və qazın qiymətinin qalxmasından sonra enerji şirkətləri rekord gəlir əldə edirlər. Ev təsərrüfatları inflyasiya ilə mübarizə apardıqca qazanclar, gözlənilməz vergiləri ödəmək üçün firmalara təzyiqi artırıb. Belə ki, keçən il Böyük Britaniya hökuməti qaz və elektrik enerjisi ödənişlərini azaltmaq planını maliyyələşdirməyə kömək etmək üçün firmaların mənfəətinə Enerji Mənfəət Vergisi adlanan gözlənilməz vergi tətbiq edib.

Qeyd edək ki, neftin qiyməti hazırda Ukrayna ərazilərinin işğalından əvvəlki səviyyədən aşağıdır.

Məhəmməd Tağıyev

 





03.02.2023    çap et  çap et