525.Az

Almaniya Məhkəməsindən hicab qərarı


 

Almaniya Məhkəməsindən hicab qərarı<b style="color:red"></b>

Almaniya Konstitusiya Məhkəməsi Berlin əyalətinin hicabla bağlı müraciətini qəbul etməyib. Məhkəmə hicab taxmağın ümumiyyətlə qadağan edilməməsi barədə qərar verib.

525.az xəbər verir ki, Almaniya Konstitusiya Məhkəməsi Berlin əyalətinin Federal Əmək Məhkəməsinin hicab qadağası ilə bağlı qərarına verdiyi şikayəti rədd edərək, hicab taxmağın ümumiyyətlə qadağan edilməməsinə qərar verib.

Almaniya İslam Şurasının prezidenti Burhan Kesici qərarın sevindirici olduğunu söyləyib. Kesici, Neytrallıq Qanununun konstitusiyaya zidd olduğunu uzun müddətdir ifadə etdiklərini bildirərək: "Biz hicablı müəllimlərin işləyə bilməməsinin insan haqlarına zidd olduğunu deyirdik. Qərar sevindiricidir. İndi ümid edirik ki, dövlət qanunları tənzimləyəcək və hicablı müəllimlərə icazə verəcək", - deyib.

Məhəmməd Tağıyev

 





03.02.2023    çap et  çap et