525.Az

Çin: NATO Sakit okeanda nifaq toxumu səpməməlidir


 

Çin: NATO Sakit okeanda nifaq toxumu səpməməlidir<b style="color:red"></b>

Çin NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Koreya və Yaponiyaya səfərləri zamanı Çinlə bağlı təhdid qiymətləndirmələrini tənqid edərək, onu Asiya-Sakit okean regionunda ideoloji xəttlər formalaşdırmaqla münaqişə yaratmağa çalışmaqda ittiham edib. 

525.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirdiyi müntəzəm mətbuat konfransında Stoltenberqin "Çin qaydalara əsaslanan, açıq və demokratik beynəlxalq nizama avtoritar müxalifətə rəhbərlik edir" kimi qiymətləndirməsinə cavab verib.

Stoltenberqin "Çin təhdidi"ni şişirdərək ideoloji qarşıdurma yaratmağa çalışdığını deyən Mao: "NATO Avropanın təhlükəsizliyindəki roluna diqqət yetirməlidir. Onun Avropada nələr etdiyini gördük. Nifaq toxumu səpməməlidir; istər Asiya-Sakit okeanda, istərsə də dünyanın başqa yerlərində", - vurğulayıb. 

Çinin dünya sülhü və sabitliyinə sadiq olduğunu, geosiyasi rəqabət aparmadığını və heç bir ölkəni təhdid etmədiyini iddia edən Mao: “Asiya-Sakit Okean regionunda sülh, sabitlik və firavanlıq AB ölkələrinin birgə səyləri nəticəsində mümkün olub. Çin qarşıdurma istəmir”, - ifadələrdən istifadə edib.

Malik Atilay

 





03.02.2023    çap et  çap et