525.Az
Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub
Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Aeroport şosesində qeydə alınıb.
Bakı şəhər sakini Elşad Kamil oğlu Şahverdiyevin idarə etdiyi, 136 xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı, 90-MO-498 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə Jalə Arif qızı Təhməzovanın idarə etdiyi “Daewoo” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
04.07.2014
çap et