525.Az

Yanvarda uşaqlara ən çox hansı adla qoyulub? - SİYAHI


 

Yanvarda uşaqlara ən çox hansı adla qoyulub? <b style="color:red">- SİYAHI</b>

Bu ilin yanvar ayında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

525.az xəbər verir ki, ilin ilk ayı ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox verilən ad Yusifdir. Bu ad 68 uşağa qoyulub.

Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 66 uşağa Uğur, 65 uşağa Əli, 44 uşağa Hüseyn, 40 uşağa Ömər, 38 uşağa Məhəmməd, 35 uşağa Raul, 34 uşağa Murad, 30 uşağa Adəm və 26 uşağa isə Ayxan adı verilib.

Həmçinin, bu il ərzində qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Bu ad 71 uşağa qoyulub.

Bundan əlavə, 43 uşağa Zeynəb, 42 uşağa Mələk, 41 uşağa Nilay, 37 uşağa Məryəm, 37 uşağa İnci, 35 uşağa Aylin, 33 uşağa Ayla, 30 uşağa Fatimə, 27 uşağa isə Melisa adı verilib.

 





03.02.2023    çap et  çap et