525.Az

İŞİD Türkiyə sərhədinə çatdı


 

İŞİD Türkiyə sərhədinə çatdı<b style="color:red"></b> İŞİD terror təşkilatı Suriyanın Türkiyə ilə sərhədinin bir neçə kilometrliyində yerləşən Zormağara kəndini işğal edib.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, PKK terror təşkilatının Suriyadakı qolu PYD-in nəzarətində olan Zormağara kəndi 3 gün davam edən şiddətli döyüşlərdən sonra ələ keçirilib.
 
İŞİD kəndin ən yüksən yerinə təşkilatın bayrağını asıb. İŞİD-in nəzarət etdiyi kənddən aralarında qadın və uşaqların da olduğu 200 nəfərdən çox insan isə sərhədə gələrək Türkiyəyə keçmək istədiklərini bildirib.
 
İŞİD-in Zormağara kəndini işğal etməsindən sonra Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.
 





04.07.2014    çap et  çap et