525.Az

İspaniyada 64 fanatik tərəfdar saxlanılıb


 

İspaniyada 64 fanatik tərəfdar saxlanılıb<b style="color:red"></b>

İspaniyada fanatik futbol azarkeş qruplarına qarşı keçirilən əməliyyatda ictimai asayişi pozmaq və zorakılıq törətmək ittihamı ilə 64 nəfərin saxlanıldığı bildirilib. 

525.az xəbər verir ki, İspaniya Polis İdarəsindən verilən açıqlamada Burqos, Loqrono, Pamplona, ​​Saraqosa, Malaqa və Madrid şəhərlərində fanatik futbol azarkeş qruplarına qarşı əməliyyat keçirildiyi açıqlanıb. 

Bildirilib ki, saxlanılan 64 nəfər oyundan əvvəl və ya sonra ictimai asayişi pozmaqda və zorakılıqda ittiham olunub.

Qeyd edək ki, sözügedən fanatik tərəfdar qruplarının noyabrın 27-də oynanılan "Burqos" - "Real Saraqosa" matçı öncəsi və oyundan sonra küçədə bir-biri ilə mübahisə edərək ictimai asayişi pozublar. Daha sonra bu görüntülər sosial mediada yayılıb və polis əməliyyata başlayıb.

Malik Atilay

 





03.02.2023    çap et  çap et