525.Az

"BioNTech" Almaniyada istehsal müəssisəsini genişləndirib


 

"BioNTech" Almaniyada istehsal müəssisəsini genişləndirib<b style="color:red"></b>

Alman biotexnologiya şirkəti "BioNTech" mRNA əsaslı vaksinlərin mühüm komponenti olan plazmid DNT-nin Marburqdakı fabrikində istehsal ediləcəyi obyektin tikintisinin tamamlandığını açıqlayıb.

525.az xəbər verir ki, "BioNTech" tərəfindən edilən açıqlamada tamamlanan obyektə 40 milyon avro sərmayə qoyulacağı bildirilib. Açıqlamada xərçəng və yoluxucu xəstəliklər üçün mRNT əsaslı dərmanlar üçün lazım olan plazmid DNT komponentlərinin çoxunun bu müəssisədə istehsal ediləcəyi deyilib.

Qeyd edək ki, Frankfurtdan təxminən 90 kilometr şimalda yerləşən Marburqdakı obyekti ziyarət edən Almaniya kansleri Olaf Şolts "BioNTech"in yatırımını alqışladıqlarını söyləyib.

Məhəmməd Tağıyev

 





03.02.2023    çap et  çap et