525.Az

Göygöl rayonunda yol tikintisinə 4,9 milyon manat ayrılıb


 

Göygöl rayonunda yol tikintisinə 4,9 milyon manat ayrılıb<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Göygöl rayonunun Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 5 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu avtomobil yolunun tikintisi üçün Prezidentin ehtiyat fondundan Göygöl Rayon İcra Hakimiyyətinə 4,9 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 





04.07.2014    çap et  çap et