Avropa Mərkəzi Bankı üç əsas siyasət dərəcəsini 50 baza bəndi artıraraq 2008-ci ildən bəri ən yüksək səviyyəyə qaldırıb.
525.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) verdiyi açıqlamaya görə, bank üç əsas siyasət faizini 50 bənd artırıb. Yenidən maliyyələşdirmə dərəcəsi 3 faizə, depozit dərəcəsi 2,5 faizə, marjinal maliyyələşdirmə dərəcəsi isə 3,25 faizə qaldırılıb. İqtisadiyyatda tənəzzül gözləntilərinə baxmayaraq, AMB-nin faiz dərəcələrini 2008-ci ildən bəri ən yüksək səviyyəyə qaldırması diqqət çəkib.
Qeyd edək ki, bank ötən ilin iyul ayında üç əsas siyasət dərəcəsini 50 baza bəndi, sentyabr və oktyabr aylarında hər biri 75 baza bəndi, dekabrda isə 50 baza bəndi artırmışdı.
Məhəmməd Tağıyev
çap et