525.Az

Nümayəndələr palatasının üzvü Baydeni Çin müşahidə aparatını vurmağa çağırıb


 

Nümayəndələr palatasının üzvü Baydeni Çin müşahidə aparatını vurmağa çağırıb<b style="color:red"></b>

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjorie Taylor Qrin prezident Cozef Baydenə ölkə üzərindəki müşahidə aparatını vurmalı olduğunu bildirib.

525.az xəbər verir ki, o, bu barədə "Twitter" hesabında yazıb.

Qrin Baydeni ABŞ səmasında Çin müşahidə aparatını vurmağa çağırıb və keçmiş prezident Donald Trampın belə bir şeyə heç vaxt dözməyəcəyini vurğulayıb. "Prezident Tramp Amerikanın başına gələn belə şeyə heç vaxt dözməz", - deyə konqresmen yekunlaşdırıb.

Qeyd edək ki, daha əvvəl Pentaqonun sözçüsü Patrik Rayder bildirmişdi ki, ABŞ ordusu ölkənin şimal hissəsində Çinin kəşfiyyat aparatının olduğunu güman edir. 

Havar Şəfiyeva

 





03.02.2023    çap et  çap et