525.Az

Türkiyəli deputat İsveçin NATO-ya üzv olmaq şanslarını dəyərləndirib


 

Türkiyəli deputat İsveçin NATO-ya üzv olmaq şanslarını dəyərləndirib<b style="color:red"></b>

Türkiyəli deputat Öztürk Yılmaz İsveçin NATO-ya üzv olmasına münasibət bildirib.

525.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin üzvü, İnnovasiyalar Partiyasının başqanı Öztürk Yılmaz İsveçin NATO-ya daxil olma ehtimalına müsbət yanaşıb.

O vurğulayıb ki, ölkənin alyansa üzvlüyü şimal ölkələrinin bloka qəbulu prosesinin yol xəritəsi olan Madrid Memorandumunun bir hissəsi kimi müzakirə olunacaq.

Havar Şəfiyeva

 





03.02.2023    çap et  çap et