525.Az

Nazir: Türkiyə ərazisi ilə Balkan ölkələrinə qazın tranziti məsələsi öz həllini tapıb


 

Nazir: Türkiyə ərazisi ilə Balkan ölkələrinə qazın tranziti məsələsi öz həllini tapıb<b style="color:red"></b>

Türkiyə ərazisi ilə Balkan ölkələrinə qazın tranziti məsələsi öz həllini tapıb.

525.az xəbər verir ki, bu barədə fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının yekunlarına dair mətbuat konfransı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, Türkiyəyə nəql ilə bağlı heç bir məsələ yoxdur. Hazırda Türkiyə üzərindən Balkan ölkələrinə çatdırılması üçün hazırlıq işləri aparılır.

“Tranzitlə bağlı hər hansı xüsusi sənəd imzalanmasına ehtiyac yoxdur. Vaxtilə tranzit işləri ilə bağlı müvafiq sənədlər imzalanıb”, - Pərviz Şahbazov qeyd edib.

 





03.02.2023    çap et  çap et