525.Az

Putin Təhlükəsizlik Şurası ilə terrorla mübarizəni müzakirə edib


 

Putin Təhlükəsizlik Şurası ilə terrorla mübarizəni müzakirə edib<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası ilə ölkəsində terrorla mübarizə məsələsini müzakirə edib.

525.az xəbər verir ki, Kreml Sarayından verilən yazılı açıqlamaya görə, Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə onlayn görüş keçirib. İclasda Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev, hökumət üzvləri, o cümlədən Rusiya müdafiə naziri Sergey Şoyqu, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov və Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin iştirak edib.

Putin mətbuat konfransında çıxışı zamanı: "Ölkəmizin daxili təhlükəsizliyi üçün son dərəcə vacib olan, son illər dünyanın bir çox ölkələri üçün əhəmiyyətini itirməyən, bu gün bizim üçün xüsusi əhəmiyyət kəsb edən bir məsələni müzakirə edəcəyik. Bu, terrorla mübarizədir", - deyib.

Qeyd edək ki, Rusiyanın Bryansk vilayəti administrasiyasından verilən açıqlamaya görə, Ukrayna ilə sərhəddə yerləşən Bryansk vilayətində əvvəllər yüksək terror təhlükəsi elan edilmiş vəziyyət qeyri-müəyyən müddətə uzadılıb.

Məhəmməd Tağıyev

 





03.02.2023    çap et  çap et